beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Albalı, şokoladlı keks

Dadlı şirniyyatın daha bir resepti

Ərzaqlar:

Xəmir üçün:
3 ədəd yumurta
125 qram kərə yağı
100 qram şəkər tozu
1 çay qaşığı vanil şəkəri
175 qram un
1 çay qaşığı qabartma tozu
1 xörək qaşığı süd
1 xörək qaşığı kakao
bir çimdik duz

Şokoladlı şirə üçün:
30-40 qram acı və yaxud südlü şokolad
1 xörək qaşığı süd
1 xörək qaşığı kərə yağı
1 stəkan tumsuz albalı

Hazırlanma qaydası:
Unu qabartma tozu ilə qarışdırın. Yumşaldılmış kərə yağını vanil və şəkər tozu ilə qarışdırın. Üzərinə tədricən yumurtaları əlavə edib, mikserlə çalın. Sonra üstünə unu töküb, qarışdıraraq, xəmir yoğurmağa başlayın.
Xəmiri iki hissəyə bölün. Xəmirin bir hissəsini yayıb, yağlanmış forma qabına qoyun. Qalan xəmirin hissəsinə isə kakao və süd əlavə edib, yaxşıca qarışdırın. Sonra kakaolu xəmiri forma qabın içindəki ağ xəmirin üzərinə töküb, bərabər şəkildə yayın. Xəmirin üstünə albalıları düzün. Keksi 180 dərəcə qızdırılmış sobada 25 dəqiqə ərzində bişirin.
Şokoladlı şirə hazırlamaq üçün:
Şokoladı xırdalayıb, boşqaba qoyun. Əridilmiş şokoladın üstünə süd töküb, qarışdırın. Sonra üzərinə bir parça kərə yağı da əlavə edib, yenidən qarışdırmağa başlayın.
Bişmiş keksi sobadan çıxarıb, soyutmaq üçün kənara qoyun. Sonra keksin üstünə hazırladığınız şokoladlı şirəni tökün. Nuş olsun!


Tarix: 08.12.2012 / 15:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 539 Bölmə: Şirniyyatlar