beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zəki İslam

Zəki İslam – Şair, "Qızıl Qələm" mükafatı laureatı.Mündəricat
1 Həyatı
2 Əsərləri
3 Məqalələri
4 Mənbə
5 Xarici keçidlər
6 Həmçinin bax


Həyatı

Zəki İslam oğlu Yusifov 10 avqust 1939–cu ildə Göyçə mahalının Krasnoselo rayonunun Cil kəndində anadan оlub.

Azərbaycan Pedaqoji İnstitutunu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Uzun müddət kolxoz-covxozlarda rəhbər vəzifələrdə işləmişdir.

Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvüdür. "Qızıl Qələm" mükafatı laureatılır. Şeirlərini əsasən dini mövzuda yazır.

Zəki İslam Məşədi, Kərbəlayi və Hacıdır.

Zəki İslam müasir aşıq şerinin tanınmış nümayəndəsi, dini şeir və poemaların müəllifi kimi məşhurdur.

Zəki İslamın indiyəcən yazdığı müxtəlif mövzu və janrlarda olan şeirləri və poemaları toplanmış və toplanmaqdadır.

Əsərləri
Göyçənin tonqalı sinəmdə yanır. Bakı-1995.
Əlim tanrı ətəyində, Bakı, "Önər", 1995.
Ziyarətgahlarım mənim. Bakı-1996.
Ziyarətgahlarım mənim. Tehran-1997. fars əlifbası ilə
Məktublar, cavablar, yeni şeirlər. Bakı-2001.
Seçilmiş əsərləri. I cild. – Bakı : Asiya, 2005. 799 səh.

Məqalələri
"El şairi Miskin Abdal", "Günaydın" qəzeti, №27-28, 28-30 aprel və 1-4 may 1998-ci il.

Mənbə
Misir Subatanlı "Mən Vətəndə vətənsizəm", Mingəçevir-2002. səh. 5-122.
Savalan Talıblı "Tanıdığım və tanımadığım Zəki İslam". Kaspi qəzeti. № 100(1807). 11 iyun 2008-ci il.


Tarix: 20.01.2013 / 15:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 449 Bölmə: Şairlər və Yazıçılar