beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mandarin (naringi)

Bu meyvənin insan səhhəti üçün böyük xeyiri şübhəsizdir. Mandarin C, B1 və B2, P, K, D vitaminləri, A provitamini, efir yağları, orqanik turşular və s. ilə zəngindir.

Bundan əlavə mandarində kalsium, maqnezium, kalium kimi insan orqanizmi üçün çox vacib olan mikroelementləri var. Bütün sitrus meyvələri kimi, mandarin da hətta uzun müddət saxlandıqda belə öz faydalı xüsusiyyətlərini itirmir.

Mandarin maddələr mübadiləsi proseslərini yaxşılaşdırır, iştahanı və immuniteti artırır, qan damarların divarlarını möhkəmləndirir, ateroskleroz xəstəliyi ilə mübarizədə kömək edir.

Mandarində olan xüsusi aminoturşular var ki, bronxları selikdən təmizləməyə kömək edir. Məhz bu xüsusiyyətinə görə mandarin bronxit və astma xəstələri üçün əsl təbii dərmandır.

Mandarin qurdlar, göbələklər və mikroblar əleyhinə xüsusiyyətlərinə malikdir, orqanizmi toksinlər və şlaklardan təmizləyir.

Qış aylarında soyuqdəymə xəstəliklərinin sayı artır və bu zaman digər sitrus meyvələri ilə yanaşı mandarin bu xəstəliklərlə mübarizədə bizə kömək edir.

Lakin onu da nəzərinizə çatdıraq ki, mandarin müəyyən qrup insanlara zərər yetirə bilər.Bütün sitrus meyvələri kimi, mandarin da allergik xüsusiyyətlərinə malikdir. Bundan əlavə kolit, qastrit, mədə və 12-barmaq xorası xəstəliyi, xolesistit, bəzi böyrək xəstəllikləri olan insanlar bu meyvədən «süi-istifadə etməməlidir».

Mandarin yağı kosmetologiyada geniş istifadə olunur. Bu yağ dərini daha yumşaq və elastik edir. Apteklərdə satılan mandarin yağını müxtəlif üz üçün olan qidalandırıcı maskalara əlavə etmək olar.

Mandarin şirəsi insanın sinir sisteminə çox müsbət təsir edir, sakitləşdirir və əhval-ruhiyyəni qaldırır. Bu meyvə əsl təbii antidepressantdır. Əhval-ruhiyyəniz pis olduqda mandarin qabıqlarını əlinizdə əzib iyləyin. Bir neçə dədiqədən sonra siz hiss edəcəksiniz ki, həyat davam edir.


Tarix: 10.12.2014 / 17:20 Müəllif: Aziza Baxılıb: 79 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər