beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəmsə (Qarabağ)

Xəmsə (erm. Խամսա) əvvəllər Qarabağ bəylərbəyliyi, sonra isə Qarabağ xanlığı tərkibində olan beş əksərən erməni məsihi məlikliyin XVII—XVIII əsrlərdə işlənilən ümumi adıdır. Bu ad ərəb dilindəki xəms (yəni «beş») sözündən əmələ gəlibdir və «beşlik» mənasını daşıyır. XVIII əsrin ortalarınacan Xəmsə məliklikləri bəylərbəylərə tabe idilər. Həmin məlikliklər bunlar idi:

Dizaq
Vərəndə
Çiləbörd
Gülüstan (və yaxud Talış; Talış xanlığına aidiyyəti yoxdur)
Xaçın
1747-ci ildə Pənah Əli xan Qarabağda xanlıq yaradandan sonra bəzi məliklər onun tərəfini tutdular, bəziləri isə ona qarşı durdular. Üsyançıları susduran Pənah Əli xanın adı artıq erməni tarixçisi Şəmun İrəvaninin «Cambr» əsərində Xəmsə xanı kimi çəkilir.


Tarix: 12.02.2015 / 19:06 Müəllif: Feriska Baxılıb: 71 Bölmə: Ümumi