beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qızıl Orda - Yürüşlərin ümumi səciyyəvi cəhətləri

Qızılordalıların hər bir yürüşü zamanı Azərbaycan ərazisi (xüsusilə Şirvan) işğalçılar tərəfindən tapdalanır, əhalisi qarət edilir, iqtisadiyyatına böyük ziyan vurulurdu. Qızıl Orda qoşunu çox halda Kür çayının sahillərinə kimi gəlir və belə vaxtlarda Kür çayı iki monqol qoşunu arasında sərhəd xətti rolunu oynayırdı. Qızıl Orda xanları Azərbaycanın yerli feodalları ilə əlaqə saxlayır, onlarla əlbir olub, ölkəni ələ keçirməyə cəhd göstərirdilər. Şirvanşahlarla qızılordalıların ittifaqı daha sıx idi. Bu hal Şirvanın həmin dövlətlə bilavasitə həmsərhəd olmasından irəli gəlirdi. Qızılordalıların Təbrizədək gedərək bütün Azərbaycanı zəbt etdikləri vaxtlar olmuşdur.


Tarix: 22.01.2015 / 16:23 Müəllif: Feriska Baxılıb: 24 Bölmə: Ümumi