Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Yara görmək

Yuxuda bədənində yara görmək – yaxınlarınızdan biri iztirab çəkcəyinizə işarədir.Yuxuda yaxınlarınızdan kimisə yaralamısınızsa, xəbərdarlıqdır. Ola bilsin ki, düşmənlərinizdən kimsə sizi uyğunsuz hərəkətlərə sövq edəcək. Yuxuda yaranı müalicə etmək – yaxşı xəbər eşidəcəyinizə işarədir. Yuxuda yaralı göyərçin görmək dünya üçün təhlükəyə işarədir. Yuxuda sizi bıçaq və xəncərlə yaralayıblarsa, saxta dostlardan qorunun. Onların hərəkətləri sizi ürəyinizdən yaralaya bilər. Yuxuda yaranızdan qan axmağa başlayıbsa, ehtiyatlı olun! Yol qəzalarından qorunun.

———–

Yuxuda öz bədəninizdə yara görmək pis əlamətdir. Reallıqda siz ruhi dünyanın və ilahi qüvvələrin mövcudluğunu inkar edirsiniz, ona görə də kömək və yardımdan məhrumsunuz. Yuxuda kimsə sizi yaralayıbsa, bu, şəxsi həyatınızda dəyişiklik deməkdir. Yuxuda yaralı adama kömək etmək, onun yarasını sağaltmağa çalışmaq, ayıqlıqda xeyrə və ədalətə xidməıt etməyiniz deməkdir. Ona görə də sizin bütün həyatınız mərhəmət və yaxınlarınıza sevgi ilə doludur. Yuxuda köhnə yaralarınızın yenidən qanadığını görmək, reallıqda sizə köhnə inciklikləri xatırladacaqlar və siz yenidən mənəvi ağrı və əzab çəkəcəksiniz. Yaxınlarınızdan birinin yaralandığını görmək xəstəlik və itkilərdən xəbər verir.


Tarix: 08.01.2015 / 16:03 Müəllif: Ebulfez Baxılıb: 177 Bölmə: Y hərfi
loading...