Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Y hərfiYuxuda Yağ görmək

Yuxuda təzə yağ yeyirsinizsə, bu, sağlamlıq və planlarınızın həyata keçəcəyinə işarədir. Bu yuxu sizə zənginlik, bilik gətirəcək. Acı yağ yemək ağır zəhmət hesabına qazanılan bolluq, var-dövlətə işarədir. Yağ satmaq az gəlirə işarədir. Qadın yuxuda bədəninə yağ sürtürsə, bu o deməkdir ki, çox yaxında o, yüngül əyləncələrə gedəcək.

———–

Yuxuda sizə yağ veriblərsə, bu, dostluq və xoş rəftara işarədir. Ardı »

Y hərfiYIXILMAQ

Röyada bir evin yıxıldığını görmək-ölümə işarə sayılır. Bir köhnə binanın və ya öz evinin yıxıldığını görmək-sıxıntıya, qəm-qüssəyə yozulur. Bir qadın yaşadığı evin tavanının uçduğunu görərsə, əri öləcək. Ardı »

Y hərfiYAXŞILIQ

Röyada yaxşılıq edən və bir fəqirə əl tutub yardım etdiyini görən adam şad bir xəbər alacaq, dövlətli olacaqdır. Ardı »

Y hərfiYAŞILLIQ

Röyada göz işlədikcə uzanan yaşıllıq görmək-uzunömürlü bir dostluq və ululuq, böyüklük anlamındadır. Bir qız bu röyanı görmüşsə, tanıdığı və sevdiyi bir adamla tezliklə ailə quracaq. Özünü yuxuda yaşıl libasda görmək-şərəfə, ululuğa işarədir. Ardı »

Y hərfiYuxuda Yalan, fırıldaqçılıq görmək

Yuxuda işlərinizdə sizi aldadırlarsa, bu yuxu sizin uğur əldə etməyinizə mane olmaq istəyən insanlarla qarşılaşacağınıza işarədir. Gənclər yuxuda qumarbazlara uduzublarsa, bu real həyatda boş şeylərə görə onların sevgililəri ilə ayrılacağına işarədir. Yuxuda özünüz kimisə aldatmağa cəhd göstərmisinizsə, həyatda tamahkarlığınız sizi yüngül, nalayiq hərəkətlərə sövq edəcək ki, bu da sizin adınızı ləkələyə bilər. Yuxuda aldadıldığınızı anlamaq rəqiblərinizin sizə xələl yetirməkdə gücsüz olduqlarına işarədir. Ardı »

Y hərfiYOL

Röyada uzanıb gedən yol görmək və ya uzun asfalt yolla yerimək-işlərinizdə böhranlı və sıxıntılı bir dövrün yetişdiyinə və buna görə də bir qərara gəlməyin, diqqətli və ehtiyatlı olmağın gərəkliyinə işarə sayılır. Dağlar arasında geniş yol görmək-hər cür narahatlıq və sıxıntıdan qurtulmağa, yaxud uzun bir yolçuluğa yozulur. Ardı »

Y hərfiYELPAZƏ (yelpik)

Yuxuda yelpazə görmək-rahatlığa, sıxıntılardan qurtarmağa, yoxsulluqdan çıxıb zəngin olmağa yozulur. Xurma yarpağından yepazröya sahibinin arvadına və ya uşağına işarədir. Ardı »