Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən Dəyərlisi SEVGİ Bir Qəlbə Sevməyi öyrətməkdir

İtirməkdir sevgi!

Mənliyini,qürurunu,kimliyini bir oğrunun əllərinə könüllü buraxmaqdır.İstəyərək kimsəsizlikdən əl çəkməkdir.Çiyinlərindəki bütün yükü ataraq boş gülüşlərlə oyanmaqdır sabahlarda.Heç fərqinə belə varmadan nələrdən imtina etdiyini bilməmək,ovucunda nə varsa dağıtmaqdır...

Sevgi bir növ yoxsulluqdur.Məntiqini itirərsən,kim nə deyərsə gülümsəyərsən.Həyatdan qopmaqla durmaq arasında seçim etdiyində ruhun,tam o anın içində durur sevgi dediyin.

Qazanmaq ehtimalının az olduğu bir qumaq oyunudur SEVGİ.Əlindəki karta baxmadan risk etməkdir həyatla.Bütün əlindəkiləri kiçik ehtimala baxmayaraq həyatın ortasına atmaqdır.

Yuxusuzluqdur SEVGİ dediyin.Yalnız ikən onu düşünməkdən bağlanmayan gözlərdir SEVGİ..

Saysız hesabsız gecikmələrin açıqlanmaz səbəbidir.Birlikdə olduğun zaman onu seyr edərək bitirməkdir gecəni və çox uzun yuxusuzluğun içində qalmaqdan sonra dimdik başlamaqdır yeni günə.

Özündən imtina etməkdir SEVGİ dediyin.Yeməyin ən gözəl yerini ayırmaqdır sevdiyin üçün.Onun yerinə düşünməkdir onsuz qaldığın anlarda belə...

Birini özündən çox sevməkdir,hələ özünü belə sevməyi acarmadığın həyat keçidində.
SEVGİ dediyin yoxsulluqdur.Bədənini,ruhunu,qəlbini əmanət edərk başqasına;xəyallar baxçasındakı çiçəklər ilə kifayətlənməkdir.Özün olmaqdır əslində,özünə dönməkdir.

Əl çəkməkdir hirslərdən,cəzalardan,çəkişmələrdən....Sadəcə gözəl olana dayandırıb həyatı hər mövsümün dadını çıxartmaqdır.
Ən dəyərlisi SEVGİ bir qəlbə sevməyi öyrətməkdir.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 38 Bölmə: Sevgi varmı?
loading...