Mən baharın həsrətini qəlbimdə, soyuq rüzgarları əlimdə , Sene doğru ümüd ilə gələndə.... Düşündüm... Qəm olacam tənhalığa Güldüm bir az. İrəli yolları işıqlı gördüm və sən... gözlərimdən yağanda ürəyimə nə qədər sevmişdim mən payızı və onda o həmin anda ürək qəmi dananda... Sənin adın sevgiydi
Yuxu kimi gəlmədi yuxu olan bu zaman...Bir an oldu demərəm Bir gün oldu demərəm. Sən qədər ola bildi və sən qədər yaşadı sən qədər yaşayacaq...Gecələr anlara dönüb gedəndə... ümüd dolu qəlbimlə bu dünyaya güləndə...Hər yolda sən varsan hər yolun sonu səndə... düşünəndə
Sənin adın sevgiydi...
Sevginin gücü dağdır. Dağ bilmişdim özümü. Yenilməzdi ürəyim heş bir kəsin sözünə. İnciməzdim kimsədən.Küsməzdim belə.Sən vermisdin konlümə bax bu qədər dözümü.Dağ bilmişdim özümü...Dağ bilmişdim özümü. O dağın baharında ... Sənin adın sevgiydi
İndi bu günlərim qəmlərin kölgəsində, Ürəyimdə qurduğum o sevdanın ölkəsində...Düşündüyüm sən...Bax nə qədər qəmin qalır məndə...İndi min dərddə min cür adın var...Uzaqda bir yaxın yadın var unutma!
Sənin adın sevgiydi...
Sənin adın SEVGİYDİ
Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 95 Bölmə: Sevgi mesajları