Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Onsuz Olmur...

Heç ümid etmədiyin bir anda heç ümid etmədiyin qədər çox
sevə bilərsən.
O qədər tanış, əziz gələr ki, sənə o bilmərsən necə izah
edəsən.
Bir çox insan gəlir-gedir həyatına.
Amma elə biri bir gəlir ki budur deyirsən mən səni
gözləmişəm hər an hər saniyə.
Həyatın yalnız standart şeylər arasında gedib gələrkən bir
anda bütün həyatın onun gəlişiylə dəyişir.. Onunla olmaq
gülüşünü, qoxusunu, sarılmasını, düşünmək istəyirsən.
Birdən birə ancaq O olursan.
Sanki ondan əvvəli yox idin və ondan sonra da ola
bilmərsən.
Əllərini istəyirsən ən çox.
Sarılmasını, qoxusunu.
Və bir gün başa düşürsən ki, onun hərşeyi ola bilərsən.
Gecənin bir yarısı susadığında heç etiraz etmədən su gətirə
bilərəm.
Ya da acdığında o saatda düşünmədən belə qarınını şəfqətlə
doydura bilərəm.
Kiçik şeylərlə çox böyük xoşbəxtliklər verə bilərəm.
Üşüdüyündə əllərini cibimə salıb səninlə üşüyə bilərəm.
Daha əvvəl ora bura atdığım telefonu əlimdə səbirsizliklə
tutub ondan mesaj gözləyərkən görürsən özünü.
Bir anda hər şeyin olur O.
Bəzən biri bir gün gələr və heçkimin toxuna bilmədiyi
yerlərə toxunar içində.
Bəzən biri gələr və sənə;
Qucaqlaşaraq güvənmənin, hüznün necə gözəl oldugunu
hiss etdirər.
Bəzən biri gələr sənin onunla bərabər getmək istədiyin hər
yer olar.
O sadəcə nəfəsin olar..
və bilirsən ki
Onsuz olmur


Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 91 Bölmə: Sevgi mesajları
loading...