(1999-cu ildə yaşanan bir hadisə üzərinə...)
Hər şey gözəl olacaqdı. Sən, mən və hayatımız...Xəyallarımız və hədəflərimiz… Səni tanıyıb sevdiyimdən sonra həyatım adına verdiyim sözlər... Hamısı çox gözəl olacaqdı, sən də olsaydın...
Səni tanımaq mənə həyatı tanımaq ki`mi gəldi. Səni tanımaq, səni yaşamaq, birlikdə olmaq hər şeydən gözəl idi. Sonra səninlə bu birliyi ömür boyu davam etdirməyə qərar verdik. Daim xoşbəxt olacağıq və bir gün gəlib ölüm ayırsa belə bir-birimizi unutmayacağıq deyə nigah məmuruna söz verdik.
Hələ üç aydır səninlə eyni evi paylaşırdım. Hələ üç aydır səninlə kitab oxuyur, çay içir və həyata eyni pəncərədən baxırdım. Bəli, hələ üç aydır səni səninlə paylaşır və hələ üç aydır ‘yaşayırdım'.
Xoşbəxt idin... Bunu bilir və görürdüm. Sənin xoşbəxtliyin məni də xoşbəxt edirdi. Səninlə sevginin tilsimini həll etmişdik... Bəli əbədi bir sevginin qaynağının ‘bir-birinə baxmaq' deyil, ‘birlikdə eyni istiqamətə baxmaq' olduğunu anlayırdıq... Sənin ən başdan bəri qalıcı gözəlliklərə olan bağlılığın idi səni mənə sevdirən. Gecən, gündüz həmişə o sevgiylə işıqlanırdı sanki. Dincdik... Və yuvamızın dinclik qaynağı bəlkə də sənin gecələri səssizcə etdiyin o dualar idi.
Ta ki o gecəyə qədər…
Xatırlayarsan o 17 Avqust gününü... Səninlə alverə çıxmış, çox getdikdən sonra dönüşdə ananlara getmişdik. Onların dualarını götürmüşdük ‘iki dünya xoşbəxtliyi' adına... Yoluxucu bir tərəfi vardı xoşbəxtliyin, bizi görənlər də hardasa biz qədər xoşbəxt olurdular. Evə gec dönmüşdük... Yorğun olmamıza baxmayaraq yatmağa çox niyyətimiz yox idi... Sən bir qəhvə etdin və uzun uzun söhbət etdik. Önümüzdəki günlər haqqında, hədəflərimiz adına, niyyətlərimiz adına danışdıq. Ətrafımızdakı insanlara daha çox necə faydamız olar, bildiklərimizi necə daha çox izah edə bilər, bilmədiklərimizi necə daha yaxşı anlaya bilərik deyə düşündük birlikdə... O gecə bir dəfə daha inandım səni tanışca sevdiyimə və bilmənin sevginin başlanğıcı olduğuna...
Saata baxmışdım , 3ə gəlirdi. "Artıq yatmalıyıq" deyə düşündüm... Sən hər gün bir az oxuduğun baş kitabından bir neçə səhifə oxumaq istədin. Mən isə tam sənə yaxşı gecələr diləmişdim... Elə o an... Ömürümdə ilk dəfə eşitdiyim o uğultu qopdu. Heç bilmədiyim bu uğultu, qorxunc bir yelləndiyə çevrildi. Bu nə idi Allahım... Ştativin üzərindəki stəkanı belə anında yerə atan bu sarsıntı nə idi? Bəli, bunu qəbul etmək lazım idi, bunun adı zəlzələ idi... Gözlərindəki mənanın adı isə qorxu.Tez əlindən tutdum, ayağa qalxıb qapının eşiyinə getdik amma boşuna idi səylərimiz... Yellənti toz buludu halına gəlmişdi. Biz çölə çıxmadan tavan üzərimizə çökmüşdü. Mən sənin üzərinə düşdüm, asılqan isə mənim üzərimə... Və sən acı çəkirdin. Çünki qırılan şüşələr qıçına batır, hətta mən də hərəkət edə bilmir və sənə acı verirdim. Sən o qədər incə ruhlu idin ki, ağlayaraq mənim canımı sıxdığını söyləyirdin. Əgər indi burada olsaydın, əsl belə söyləyərək canımı sıxdığını izah edərdim sənə.
On səkkiz saat bizi fərq etmələrini, fəryadımızı eşitmələrini gözlədik. On səkkiz saat bir-birimizin əllərini tutub bir-birimizə təsəlli verdik. O on səkkiz saatın bir dəqiqəsində mənə " Əgər, ölsəm, səni orada gözləyəcəyəm." dedin. Və on səkkiz saat, kim bilər bəlkə də on səkkiz ölümü gözlədin.
Aradan dörd gün keçmiş idi. Şəhər o şəhər deyildi. Tam fərqli bir məkan olmuşdu. Mən fəlakəti bir az olsun sovuşdurmuşdum. Sən isə pis idin. Həkim, sənin qıçının kəsiləcəyini söylədi. Mən bunu eşidər eşitməz ikinci bir zəlzələlə dünya başıma yıxıldı sandım. Amma sən hələ gülümsəyirdin. Sən necə bir insan idin? Nə dünyaya nə də dünyalığa əhəmiyyət verirdin. Sənin üçün maddənin və itirəcək olduğun bir qıçın heç əhəmiyyəti yox idimi? Hətta həyatda qalmanın belə...
Səkkizinci gün idi... Bir kibrit qutusu kimi yıxılan evlər, evlərin altında qalan canlar, ümidlər.. Qışqırıqlar, "Səsimi eşidən varmı?" lar.. Üsyanlar, səbrlər... Nə qədər hekayələr, möcüzələr və könüllərdə dərin bir fay xətti... Şəhərdə iti bir cəsəd qoxusu və insanlarda böyük bir hüzn hakim... Boş torpaqlar əhənglənmiş toplu məzarlarla dolu... Evini, anasını, özünü itirmiş insanlar... İnsanların dilində tək söz: "zəlzələ"...
Mənim əlimdə, sənin ən çox sevdiyin çiçək, bir qırmızı güllə sənin məzarının başındayam. Nə sən varsan yanımda, nə də əllərin ovuclarımda... Sən getdin, geridə hüzn... Sən getdin, geridə mən, xəyallarımız… Və sən getdin, geridə dolu dolu yaşanmış üç ay…
İndi o əllər, " Buraxma özünü. Unudar, yeni bir yuvayla yenə xoşbəxt olarsan deyirlər." Əsla!.. Sən mənə o çətin dəqiqələrdə nə demişdin? Biz səninlə bizdən kənarlara sevdalanmışdıq. İndi sənin məzarının başındayam və səninləyəm. Bu bizə yetər... Ey mənim uzaqlardakı yoldaşım, mənə "unudarsan" deyənlərə yalnız ağrılı bir təbəssümlə baxıram... Biz səninlə səndən və məndən öteleri axtardıq. Sən tapdın axtardığını.. Mən isə yoldayam hələ.. İmtahanın bu ən çətin sualında səbr diləyirəm Rəbbimdən. Nə olar, səni sevdiyimi, hər an dua etdiyimi və sənə qovuşacağım günü şəfəq sayar kimi gözlədiyimi bil. Vəkillərin ən gözəlinə əmanət ol...
Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 156 Bölmə: Sevgi mesajları