Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tek Sen... Tek Men...

Sən deyə toxunmaq, sən deyə hiss etməyə çalışmaq... Səni həmişə onda axtarmaq! Artıq səni anlamağa çalışmaqla keçir zamanlarım, səni xəyal kimi birləşdirirəm və... Hər birləşdirməm də səni daha çox anlayıb bir qat daha çox tanıyıram. Hər daha yaxşı tanımamda da səni; min qat daha çox sevirəm. Həm xəyalını qurduğum eşqi; yaşaya bilməmək həm də o fırtınanı yaşada bilməmək... Üstəlik yaşatmaq və yaşamaq istədiyim tək adama... Mən ilk dəfə yüngül qəbul etdim duyğularımı bəlkə. Qorxmuşam bəlkə də, qaçmaq məcburiyyətində qalmışam... Halbuki heç bir duyğumu təxirə salmamışdım mən, hər şey çox dəqiq idi həyatımda... Buna görə indiki bu səhvin peşmanlığı ondan çox içimi yandırır... Bu necə bir əzabdı biləsən. Mənə ölümmü yoxsa qovuşa bilməməkmi daha betər dedirtdi... Və mən bunun cavabını artıq verə bilirəm...Hər nəfəsim səninlədir artıq... Bəzən bi fırtınaya çevrilirsən içimdə onu dayandırmağa və yol göstərməyə çalışıram... Mən eşqi adi yaşayanlardn deyiləm. Bəzən fırtına yerini dincliyə buraxır.... Hüzur olursan, xoşbəxtlik olursan məndə, səni səssiz-səssiz yaşamağa başlayıram... Ürəyimin ən gizli yerində hiss edərək yaşayıram səni... Bəzən dua olursan... Bəzən ağrıdan bir ürək... Bəzən mənim olursan... Bəzən mənliyimə ən böyük düşmən... Nə edim; ürəyim sevir, səni sevməyi sevir...! Qaçdığın üçün deyil; sən olduğun üçün, sən olduğun üçün istəyirəm... İçində saxladığın ağrılar üçün...Sənin sevgin üçün deyil; sənin üçün... Mən kaş ki... Özümü də səni də eşqə doyura bilsəydim... İstədiyim sevgini sənlə yaşaya bilsəydim, sənə yaşada bilsəydim... Səninlə bir ömür paylaşa bilsəydim...Qoy olsun, bizim nağılımız da belə olsun... Bir nəfəs qədər yaxın olub, bir-birlərini görməyən ya da görmək istəməyən... İllər sonra bir-birini hiss edib gecikənlərdən olaq.... Tək çarə zaman... Tək ümid gələcəyini bilməmək... Tək istək Sən... Tək gözləyən Mən


Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Sevgi mesajları
loading...