Burada eşqimiz sona gəlir,
Xoş acılı günlər burada bitir.
Səni ömür boyu unutmayacam,
Hər zaman səni xatırlayacam.
Eşidmisən bu mahnını?
Səndən ayrılandan bəri həmişə bu mahnını dinlədim.
Çünki bu mahnıda hər şey var, sevgi də, nifrət də.
Bilirsən sevgilim sənə bənzəyən hər şeyi sevdim.
Səndə axtardığımı tapdım amma yanıldım.
Yalnızlığın kədəriylə qüruru satın aldım. Çünki özüm-özümə bir gün dönərsən dedim. Gözlədim, param-parça oldum, amma yenə də səndən incimədim.
Unutdum acılı ağrılı sözlərini, davalarımızı.
Unutdum, zənglərimə cavab vermədiyini bir tək səni unutmadım.
Amma yolun başında idik. Bahar gəlməden ayrıldıq. Hardasan sevgilim? Varlığın haradadır? Getməyinlə hər şeyimi apardın.
Artıq sən qoyub getdiyin qız deyiləm.Doğrudur yenə gülürəm, amma güldükcə də içim ağrıyır, çünki həmişə səni xatırlayıram. Sən mənim hər şeyim idin.
İllər sonra bəlkə yenə qarşılaşdıq. O zaman mən sənin olmayan bir mən, sən isə mənim olmayan bir sən olacaqsan. Bilirsənmi sevgilim?
Mən yenidən aşiq ola bilərəm?
Sənə aid olan qəlbimi kiməsə verə bilərəm? Vermərəm! İçində səni görərlər deyə.
Mən səni hər kəsdən, özümdən belə qısqandım.
Gəl keçmişə qayıdaq. Nə gözəl başlamışdıq. İkimiz də çılğın idik.
Davaların ən gözəlini biz edirdik, çünki barışmaqda da ayrı zövq var idi. Gerçək sevgini yaşadıq bunu səndə bilirsən.
Elə isə eyni hisslərlə qalmalı deyilikmi?
Biz birlikdə olmasaq da, bu təmiz sevgini, təmiz hisslərlə bitirməliyik elə deyilmi?
Mənə göndərdiyin məktublarında ağladığını oxudum.
Sənindəmi göz yaşların mənim göz yaşlarımla yarışır?
Sən mənim güclü, qocaman sevgilim deyilmisən? Güclüsen sən. Sil göz yaşlarını. Hər şeyi özümüz məhv etdik.
Sevgi körpü qurmaq kimi bir şeydir,
biz körpü quracağımız halda, divar hörüb yalnız qaldıq.
Mən həmişə özüm-özümə deyirəm.
Sabah tam fərqli bir qız olacam. Sonra yenə davam edirəm, onda niyə bu gündən başlamayım?
Bəlkə illər hər şeyi mənə unutduracaq,
amma söz verirəm səndən başqasını əsla sevməyəcəm.
Əgər bir gün başqası ilə ailə heyatı qursam,
səni sevmədiyimdən deyil, sadəcə qanunlarımın qurbanı olacam.
Və Səni ömür boyu unutmayacam!!
Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 210 Bölmə: Sevgi mesajları