Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırdılar. Məhəbbət təbiət kimidir, ilk soyuqlar daha çox hiss olunur. Zəruri olanda- birlik, şübhəli olanda – azadlıq, hər şeydə məhəbbət var. Sevgidə yeganə qələbə qaçışdır. Sevgi hər şeyə qalib gəlir, eləsə, gəlin biz də onun hökmünə tabe olaq. Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur. Bütün dünyada sevgi danışmaq həsrətindədir, lakin cürət etmir, çünki utanır. İlk məhəbbətin bütün sehri ondan ibarətdi ki, sən hələ bilmirsən ki, ondan sonra ikincisi olacaq. Hər bir sevgi əbədi olmaq istəyir. Heç sevgi ilə ağılın ümumi bir cəhəti varmı? Məhəbbət olan yerdə insanı sındıra biləcək əzab-əziyyət yoxdur. Sevgi ölümdən qoruya bilmirsədə, heç olmazsa , həyatla barışdırır. Sevginin dünəni yoxdur və sabahı haqqında düşünmür. Əsl məhəbbət xəyala bənzəyir; hamı onun haqqında danışır, lakin çox az adam onu görüb. Tale insana qarşı nə qədər qəddar olsada, insan nə qədər tərk edilmiş və tənha olsada, hər zaman, bəlkədə ona məlum olmayan, lakin qəlbinin harayına cavab vermək üçün açıq olan, onu sevən bir qəlb tapılar. Sevmək başqasına yaxşı hesab etdiyin nemətləri arzulamaqdır, həm də özün üçündeyil, sevdiyin üçün arzulamaq və mümkün qədər onu bu nemətlə təmin etməkdir. Həyat - çiçəkdir, sevgi isə - onun şirəsi. Məhəbbət – ideal, nigah – real. Real və idealın qarışdırılması heç vaxt cəzasız ötüşmür. Sevgi – ali sözdür, yaradılışın harmoniyası onu tələb edir, onsuz həyat yoxdur və ola da bilməz. Məhəbbət – nə keçmişi nə də gələcəyi tanımayan yeganə ehtirasdır. Sevgi – xeyirxah, ali, güclü, isti və işıqlı olan hər şeyin yaradıcısıdır.
Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 97 Bölmə: Sevgi mesajları