Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vəfasız Sevgilim...

Ölüm qədər vəfasız,ölüm qədər xain sevgilim.Mənim üçün qəbir daşından ibarətsən artıq....
Nə bir fatihə,nə bir yasin oxumağa inan ki,dilim gəlmir....Doğulduğun günün tarixinə,sevginin öldüyü günün tarixinə VƏFASIZ yazmış məzarçı....

Son bir iki cümlə yazdım sevgilim sənin xatirənə....Qulaq as oxuyur mələklər sənə.....
Necə sevgilim eşidə bilmirsən?...Mən də sevgilim....Gedərkən bütün sevgimidə aparmışdın,geridə isə qalan sadəcə boş qəlbim...

Sanma ki,yasını tutacağam.Mən artıq pis olmuram,nə də ki,peşmançılıq hiss etmirəm.....
Peşmançılıq VƏFASIZ olanlara yaraşır....

Bilirsən sevgilim ürəyimdə məzarını qazdırmaq mənə yaman baha başa gəldi...Niyə deyə soruşsan?...Məzarçı boyuna görə qazırmış məzarı....Mən isə geniş və uzun qazdırdım....
Rahat edə bilməz dedim:Çünki,onun günahları çoxdan boyunu aşıb.Hesab verərkən yer darlığı çəkmə istədim sevgilim.Görürsəndə hələdə sənin rahatlığını düşünürəm.

Hər şeyin yalan olduğu bu dünyada ölüm dediyin nədir ki sevgilim......
Vaxt tamam.Və sonda son sözü deyirlər.RUHUNA FATİHƏ...HANSI RUHUNA? HƏ SEVGİLİM?

P.S: Vəfasızlara haqqımızı halal etsəydik,vəfalıların haqqına girmiş olmazmıydıq?


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 79 Bölmə: Sevgi mesajları
loading...