Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Proqramistin Sevgi Məktubu

Əzizim... Artıq içimdə saxladığım duyğuları unzip etməyimin vaxtı gəlib çatdı. Səni ramının götürə bilməyəcəyi qədər çox sevirəm. Sənə qarşı bütün protectlərim disable vəziyyətdədir. Səni ilk gördüyüm anda formatlandım. Bütün cachelərim dayandı, shadow ramlarla ayaq üstə dayanıram.

Mənə elə bir sistem transfer etdin ki, heç bir əmr artıq məni səndən ayıra bilməz. Səndən başqa hər şey mənim üçün bad command or file namedir. Səninlə çoxlu mühitlər də daxil olaraq, hər mühitdə xoşbəxt ola biləcəyəmi bilirəm. Sənin megahertzin məni də odlayır. Baxışların məni dərindən scan edir.

Sənə çox güvənirəm, bu məktubumu başqasına forward etməyəcəyini də çox yaxşı bilirəm. Mən, səninlə evlənmək istəyirəm. Səninlə xoşbəxt bir şəbəkə meydana gətirmək istəyirəm. TCP/IP netBEUI, IPX/SPX hər cür protokolda uyğunlaşırıq səninlə, istədiyin zaman şəbəkəni Microsoft şəbəkələri üçün əlavə edə bilərik. Bilirəm, sən məndən olduqca cavansan, amma tanışım yaxşı bir təchizatçı var, özümü sənin üçün upgrade etdirə bilərəm.

Evlənməmişdən əvvəl DR NORTON 'dan görüş istədim. İkimiz də ağıllı bir virusdan keçəcəyik. Maraqlanma, heç bilmədiyim llisensiyasız softwarelərlə əlaqəm olmadı. Sənin üçün hardware daş kimi deyirlər, ancaq bilirsən ki, mənim üçün software gözəlliyi hardware gözəlliyindən qabaqda gəlir.

Sevgim mənim, səninlə biz çox DVDlər seyr edəcəyik. Sənə evlilik il dönümündə 24 sürətli rewritable DVD alacam. Çəhrayı masamızda , içində hard disklərimiz olacaq. Tətillərimizdə ikimiz də bir windows səyyahı olacağıq. Daha sonra da ver əlini internet. Sənə gözəl görünmək üçün elə çox çalışacağam ki, üç həftə sonra qarşına iyirmi bir inch plazma ekran kimi çıxacağam. Ondan sonra istəsən məni divarına belə asa bilərsən.



Axşamları dizlərinin üzərində notebook kimi yatacağam. Əsla yuxu rejiminə keçməyəcəyəm.

Sevgilim mənim....

Biz səninlə işıqları söndürüb qucaqlarımızda klaviatura səhərlərə qədər chat edəcəyik. Ancaq ilk illərdə səndən bir az qənaətli olmağını istəyəcəyəm, onun üçün screen saver, standbye rejimi vs. başa düşürsən də yəqin bir qədər diqqətli olmağını istəyəcəyəm. Salonumuzun əsas hissəsinə atamın köhnə 8 MHz 10 megabaytlik 8088 kompüterini qoyacağam, yanına da 5,25 lik disketlər... O dizayn nostalji olacaq. Hətta yeni il axsamları tetris filan oynaya bilərik. Özümüzü həmişə inkişaf etdirəcəyik, zaman hansı ramı tələb edirsə, tətbiq edəcəyik. Bir-birimizdən fikir downloadını qürur məsələsi etməyəcəyik. Aramızda ayrı, qeyri olmayacaq, "bu şəbəkənin serveri mənimdir"- deməyəcəyik heç bir zaman. Gəl mənimlə qarşımızda bir birimizlə bölüşəcəyimiz, açılmış bir həyat var. Səni almaq üçün Serverini göndərən o hərifin saytını crack etdim. Mən ənənələrə sadiq qalmaq istəyirəm.

TV kartını qız tərəfi alır həmişə. Sənin, cehiz sandığındakı yəqinki illərlə yığdığın cd-romlarla gözləyirəm. Mən də sənə amazon.com dan beş daşlı üzük sifariş vermişəm artıq... Nikahımızda da real player in müşayəti ilə keçirəcəyik.. Home pagesindəkilərə də çoxlu salamlar, CPUim daim səninlə.
Qeyd: CPUimdəki bu atəşi heç bir azarkeş söndürə bilməz. Əgər connection istəyimə reply etməsən boot-uma virus salacam.

Bəs Siz Sevginizi necə etriraf edirsiniz?


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 139 Bölmə: Sevgi mesajları
loading...