Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ELE DARIXMIWAMKI....

Saçımız kəsildiyi üçün...





Bir kiçik oyuncaq üçün...
Bir maşın və ya bir kiçik gəlincik üçün..





Gözlərimizi şampun yandırdı deyə ağlardıq..
Və ya parka getmədiyimiz üçün...





İndi böyüdük, illər nələr qatdı bilmirəm amma ən böyük şeylər üçün belə ağlamamağa başladıq...
Savaşlar, iflaslar, ölümlər..
Sevdiklərimizdən ayrılmaq, eşq belə ağlada bilmir artıq bizi...
Bu idimi böyümək, ağlaya bilməməkmi?..
İndi dahamı güclüyük? Ağlaya bilməməkmi güclü olmaq?
Yoxsa artıq alışdıq həyatın gerçəklərinə?
Həyatı öyrəndik...
Həyatı öyrənmək, onun ağrılı gerçəklərinə alışmaqmı?
Böyümək alışmaqmı?..





Bax yenə uşaq olmaq istərdim..
Çox darıxdım..






Çox darıxdım o alçaq boyum üçün.. Qısa saçım üçün..
Sadəcə o saflığımçün..


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 74 Bölmə: Sevgi mesajları
loading...