Mən tənhayam, loğmanam bəzən ürəyəm bəzən qabırğayam 
Malam bəzən dostlar dediyi kimi bəzənsə oğulam 
Noğulam, qoğalam, paxlavayam ya da şirin çörək
Heç kimə maraqlı deyil bu yazdığım mən qorxağam ya da bivec 
Mən nağılam sonum yoxdu, mən sonsuzam övladım yox ama anayam 
Mən axmağam bəzən yorğun, ya da yorğunam bəzən axmaq
Nə fərqi var mən heç yoxam görünmürəm yoxsa koram?
Yalançıyam ama sevirəm baxır nəyi baxır kimi
Heç nə bilmirəm mən nankoram süd içmirəm ama toxam 
Bir insanam ya da adam Adəm tanısa məni ölər həmin an 
Pərvanəyəm Dürdanəyəm axı nə fərqi var hansı mənəm 
Əsas hamıya özgəyəm bəzən elə ən doğma mənəm 
Qurumuş yarpağam nəyəm niyə əzir məni keçən
Bəlkə xəzəl olmasamda palçığa bulaşmış güləm 
Ki məni görmür insanlar Ya da görməyə qorxullar
Mən çoxlu sual verənəm soruşanda dirənirəm 
Cavab gelmir hirslənirəm biranlıq özümü söyürəm 
Kimlərisə gözləyirəm ama məni gözləyən hanı?
Qatar gedir bilet hanı?? Mən axı tək passajirəm 
Hamı atla mən eşşəklə nolsun mən də yəhərdəyəm 
Yalançıyam, palançıyam kamil deyləm.. mən yarımçıq papaqçıyam..  
Qrup yoldaşım da mənəm sinif yoldaşım da mənəm 
Yasını tutduğum da mənəm, Yasin oxuyan da mənəm 
Hamısı mənəm kor da, kar da, lal da mənəm lala gülən axmaq da mənəm 
Göydən düşən qar da məndim həm soyuqdum həm yüngüldüm 
Yayı gözləyən qaranquş da məndim həm incəydim həm göyçəydim 
Yanğında yanan dovşan da məndim mən qorxağam həm çirkinəm 
Bugün bunu yazan da məndim həm səmimi həm süniyəm ....
Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 179 Bölmə: Sevgi mesajları