Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siz Hansindansiniz?

Pozan olmaqdansa,

Qələm olmağa çalışın!

Və Ya Siz Hansındansınız ?

Qələm və pozanla insan arasındakı əlaqə nə ola bilər? Siz bu sualın cavabını aşağıdakı sətirlərdə tapa bilərsiniz. Elə isə buyurun, oxuyun…

İnsan həyatı ya pozana bənzəyir, ya da qələmə!

Əgər gördüyümüz işlərdən sonra bir iz qalırsa, deməli qələmə bənzəyirik.. Yox əgər kiminsə qoyduğu bir izi pozmağa çalışırıqsa, deməli pozan oluruq.

Qələm qiymətlidir. Kimisi qələmi hədiyyə verir, kimisi də bir xatirə kimi saxlayir. Qələmlə yazılan gözəl əsərlərin sayı- hesabı yoxdur. Ona görə də qələmlər ölmür.

Pozanlar isə… Pozanlar isə tamam başqadır. Onlar yalnız pozmaq üçündür. Pozan qiymətsizdir. Onu hədiyyə də vermək olmur. O, pozduqca təkcə pozduqlarını yox, özünü də yox edir. Bir sözlə pozan pozduqca ölür,qələm isə yazdıqca dirilir.

Pozmaq asandır. Bir adamı, bir fikri, bir hadisəni yaddaşdan pozmağa nə varki? Yazmaq isə çətindir. Çünki, yazmaq həm də bir şey yaratmaq, bir şey qurmaqdır. Bəzən yazdıqlarımız bizi bir tarixə çevirir. Elələri də varki, yazaraq pozduqlarını dərk etmirlər.

Qələmlər varki, şah əsərlər yaradır. Qələmlər də varki, heç yazmasa yaxşıdır. Ancaq siz yenə də qələm olmağa çalışın. Pozanların aqibətini yaşamaqdansa, qələmlərin həyatını yaşayın. Yaxşı Yazmaq İsə Heç Vaxt Gec Deyil.


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 91 Bölmə: Sevgi mesajları
loading...