Bəzən kor olmaq istəyirəm - Dünyadaki çirkinlikləri görməyim deyə.
Bəzən əlil olmaq istəyirəm - pis yola düşə bilməyim deyə.
Bəzən lal olmaq istəyirəm - mənə söz atanlara susqunluqla acıq verim deyə.
Bəzən kar olmaq istəyirəm - ətrafımda yayılan o pis sözləri eşitməyim deyə.
Bəzən kasıb olmaq istəyirəm - kasıbların çətinliklərini bilim deyə.
Bəzən yetim olmaq istəyirəm - körpələrin acısını bilim deyə.
Bəzən qulluqçu olmaq istəyirəm - varlı evdə necə zülüm çəkirlər bilim deyə.
Bəzən dilənçi olmaq istəyirəm - yalandanmı yoxsa doğurdanmı yoxsuldular bilim deyə.
Bəzən oğru olmaq istəyirəm - oğruların iç dünyasını bilim deyə.
Bəzən qatil olmaq istəyirəm - qatillərdə səbr varmı bilim deyə.
Bəzən yaşamaq istəmirəm - o biri dünyayı görə bilim deyə.
Bəzən yox olmaq istəyirəm - mənsiz kim darxacaq bilim deyə.
Bəzən məni təhqir etsinlər istəyirəm - təhqir ediləndə ürək ağrıyırmı ya yox bilim deyə.
Bəzən sevilməmək istəyirəm - tək tərəfli sevgi nədir bilim deyə.
Bəzən uşağım olmasın istəyirəm - uşaq istəyənlərin acısını bilim deyə.
Bəzən sevginin ən möhkəm acısını çəkmək istəyirəm - bu acıyı çəkənlərin dərdini bilim deyə.
Bəzən qısqanmaq istəyirəm - qısqananların hissini bilim deyə.
Bəzən əllərimi qırmaq istəyirəm - birdə üsyanımı yazmayım deyə!
Bəs siz? Bəzən bunları istəyirsinizmi?
Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 68 Bölmə: Sevgi mesajları