Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nədən Allahım!
Nədən Allahım!

Yenə də bulud tək dolub gözlərim,
Qəlbimi yandırır, yaxır həsrətin.
Kimsəyə bəlli deyil, mənim kədərim.
Kül olur həyatım, nədən, Allahım?!

Pərişanam dərdlərimi bilən yox,
Göz yaşımı yanağımdan silən yox.
Təsəlli verəcək bir həmdəmim yox,
Kül olur həyatım, nədən, Allahım?!

Yoxmu, xoşbəxtliyə mənim heç haqqım?
Söyləyin, insanlar, nədir günahım?
Bu keçən günlərimi necə qaytarım?
Kül olur həyatım, nədən, Allahım?!

O, mənim düşüncəm, kədərli ahım.
O, mənim sevgidə böyük günahım.
Sinəmi yandıran qüssəli ahım
Kül olur həyatım, nədən, Allahım?!


Tarix: 29.04.2015 / 11:43 Müəllif: Aziza Baxılıb: 276 Bölmə: Sevgi şerləri
loading...