Adsiz-a dan gəlinlərə bayatılar
Gəlin var nəs deyəndi,
Gəlin var pis deyəndi,
Gəlinimə qurban olum,
Oglumu istəyəndi
*****
Yar gül taxim telinə,
Əlin vurub belinə,
Qoy saq olsun qaynata,
Hormət edər gəlinə.
*****
Ay gəlin sənə qurban,
Dolan qəl dərə qurban,
Qardaş evi yaxşidir,
Yenədə ərə qurban
*****
Gəlin,diləki gəlin,
Ceyran urəkli gəlin,
Xəmir yoqur,cörək yap,
Ay şirin biləkli gəlin.
*****
Gəlin bir aş bisirdi,
Gözündə yaş bişirdi,
Bütün qunü işlədi,
Elə bil daş bişirdi.
Tarix: 27.01.2015 / 13:57 Müəllif: Aziza Baxılıb: 110 Bölmə: Sevgi şerləri
loading...