Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Getdin, gedişinlə məhv etdin məni

Getdin, gedişinlə məhv etdin məni
Məni nə hallara saldı xəyanət
Axı çox sevmişdim bir zaman səni
Sevgimi məhv etdi , sildi xəyanət

Gözlərim hər yerdə gəzəcək səni
Axı tənhalıga buraxdın məni
Qurumaz bir daha gözümün nəmi
Aglar qoydun necə gözü xəyanət?

Axı saf sevgilər hardadı indi
Mən sevgi dedikcə xəyanət dindi
Neçə sifətlərə ,cildlərə girdi
Neçə siman varmış sənin xəyanət

Sevginin düşməni xəyanət oldu
Səni düşündükcə gözlərim doldu
Fatimeye etdiyin xəyanət oldu
Cirkinden bir yara qaldı xəyanət.


Tarix: 27.01.2015 / 13:28 Müəllif: Aziza Baxılıb: 236 Bölmə: Sevgi şerləri
loading...