Əlimdən
Mənim qapım daha xeyrə döyülməz,
Hər qapını açan gedər əlimdən.
Sevdiklərim üz tutulmaz, öyülməz,
Öpən gedər, qucan gedər əlimdən.
Bir zamanlar çiçək obam, gül obam,
Dörd yanından vurub-çıxar yel, obam.
Atam, anam, qardaşlarım, el-obam,
Şoralanıb, uçar gedər əlimdən.
Nə yapırsa azman yapar, div yapar,
Bardaş qurub bir dəhnədə kef yapar.
Övladlarım çocuq yapar, ev yapar,
Qaçan gedər, köçən gedər əlimdən.
Bu qədər ki məhkum oldum dərdə mən,
Vallah çətin qərar tutam yerdə mən.
Kimim var ki, bir ruhumdu, bir də mən,
O da bilməm, haçan gedər əlimdən?..
Tarix: 27.01.2015 / 11:36 Müəllif: Aziza Baxılıb: 83 Bölmə: Sevgi şerləri
loading...