Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevə-sevə tərk edəcəyəm

Üz döndərəcəyəm mən bu məhəbbətdən,
Küsüb gedəcəyəm bu acı qismətdən.
Qurtulacağam bəlkə də bu həsrətdən,
Səni mən sevə-sevə tərk edəcəyəm.

İtəcəyəm gözlərindən ilim-ilim,
Qəlbimi kəssə də hicran dilim-dilim.
Səndən ayrılacam həmişəlik sevgilim,
Səni mən sevə-sevə tərk edəcəyəm.

Səninlə yaşamaq daha olub acı,
Bircə ayrılıqdı dərdimin əlacı.
Sən olsan da mənə əziz qardaş, bacı,
Səni mən sevə-sevə tərk edəcəyəm.


Tarix: 26.12.2014 / 12:31 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Sevgi şerləri
loading...