əsrətini çəkmişəm
Bir sevgidən söz düşəndə
bir fəsillər ötüşəndə
fərqi yoxdu bazar,şənbə
həsrətini çəkmişəm mən
yeni sevgi tapanda sən
muradına çatanda sən
məni silib atanda sən
həsrətini çəkmişəm mən
sən sevəndə,seviləndə
gülümsəyib sevinəndə
özgəsinə yar deyəndə
həsrətini çəkmişəm mən
tək otaqda fikrə dalıb
xəyalınla tənha qalıb
səni hər gün yada salıb
həsrətini çəkmişəm mən
qar yağanda izlərinin
yağış yağsa gözlərinin
gecələrdə sözlərinin
həsrətini çəkmişəm mən
ayrılığın verdi zülüm
tükənmişəm yoxdu dözüm
vaxtsız ölsəm bil ki gülüm
həsrətini çəkmişəm mən
Tarix: 26.12.2014 / 12:26 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Sevgi şerləri
loading...