Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

UNUDURAM

Ayrılmışıq.
İki gündür səni guya
unuduram...
Sevgimizin açarını var gücümlə atıb
suya,
həsrətindən öldüyümü duya-
duya...
unuduram...
Unuduram köksüm altda sevən ürək
olduğunu.
Unuduram
varlığımın kimə isə hələ gərək
olduğunu.
Aldadıram öz-özümü "yox, sevmirəm" deyə-deyə.
Başqa dünya axtarıram
inadımın qapısını döyə-döyə.
Gecələri, sabahları fərq etmirəm
-
ağ ya qara...! Ayrılmışıq, amma yenə sənə
sarı
çırpınıram
boşluqları yara-yara.
Yenə təkrar yandırıram
söndürdüyüm telefonu. Elə bil ki, divarlar da haray salır,
-
qaytar, qaytar, deyir, - onu!
Zaman sanki hey geriyə çəkir
məni,
o günlərə can atıram. Nədən səni hər unutmaq
istədikcə,
incikliyi unuduram?!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 81 Bölmə: Sevgi şerləri
loading...