Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ITIRMISEN..

Bu eşqin son közərtisi yel uçuran küldü daha.
Bir zamanlar doğma olan sənin Elin, eldi daha.
Eşitdim ki, isti yayda göz yaşların seldi daha.
Sən özünlə tək qalanda düşün nəyi itirmisən.
Dünənini bağışlayan gələcəyi itirmisən.


O küçədə gəzmə daha, o ki, indi bizim deyil.
Etiraf et, etdiklərin xəyanətdir, yozum deyil.
Şəklimə baxıb durmusan, o ki, mənim özüm deyil.
Özüm olsam deyərdim ki, sən hər şeyi itirmisən.
Dünənini bağışlayan gələcəyi itirmisən.

Düşünmə ki, bu dənizdə yad sahilə yan almışam.
Yelkən açıb küləklərə hara gəldi yön almışam.
Dəniz mənə söylədi ki, milyonlarla can almışam.
Dedim məndən də al canı, onsuz sayı itirmisən.
Dünənini bağışlayan gələcəyi itirmisən.
___taleh


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 50 Bölmə: Sevgi şerləri
loading...