Yuxuda öz qarnını görmək o deməkdir ki, sizi böyük perspektivlər gözləyir, lakin siz bütün var qüvvənizlə işə enerji sərf etməlisiniz, belə ki,əyləncə və sakitlik sizə ziyan gətirəcək. Qarnını bürüşmüş, qırışmış görmək o deməkdir ki,sizi ikiüzlü insanların böhtanı gözləyir. Əgər yuxuda qarnınızı şişkin vəziyyətdə görmüsünüzsə, real həyatda sizi xoşagəlməz hadisələr gözləyir, lakin siz onalrın öhdəsindən uğurla gələcəksiniz və öz əməyinizin bəhrəsindən zövq alacaqsınız. Yuxuda qarnınızdan qan gəlirsə, bu, ailənizdə olacaq bədbəxtlik və faciə əlamətidir. Əgər yuxuda uşağın başı ağrıyırsa, bu, real həyatda sizi yoluxucu xəstəliklər gözlədiyinə işarədir. Yuxuda qarnınızı göbəksiz görmüsünüzsə bu uzun müddət özünüzə gələ bilməyəcəyiniz sarsıntıya işarədir. Qadına bu yuxu ağır xəstəlik və həyat yoldaşının ölümünə işarədir. Əgər yuxuda böyük qarınlı kişi görmüsünüzsə, bu evdə uşaqlarla bağlı böyük qayğılara işarədir. Əgər hamilə qadın özünü qarınsız görürsə, bu, hamiləliyin normal başa çatacağına və xeyirli doğuşa işarədir.
Tarix: 04.04.2014 / 22:16 Müəllif: Ebulfez Baxılıb: 78 Bölmə: Q hərfi