Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Güzgü...
Güzgü...

Yuxuma
bir skelet girmişdi bu gecə...
Göm-göy göyərmişdi sümükləri
döyülməkdən.
Baxıb mənə,
özünü saxlaya bilmirdi gülməkdən.

Uğundu,
uğundu,
sonra getdi yuxumdan,
çıxıb getdi.
Nəyisə canımdan çıxarıb
getdi.
Ha zənd elədim,
tanıya bilmədim, kimdi...
... Yuxum qaçdı.
Gəzdirdim əlimi bədənimdə;
Yuxuyacankı məndən
sümüksüz-zadsız
bir torba ət qalmışdı...


Tarix: 25.05.2015 / 13:55 Müəllif: Aziza Baxılıb: 125 Bölmə: Pərviz
loading...