Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəli adam
Dəli adam

Bir il də basdırdın getdi,
Bu gün çıxır ili, adam!
Sənə ömürlük iş düşür,
Ay illər qatili adam.

Gizlənqaç oynama Haqnan,
Nə böyüknən, nə uşaqnan,
İçin görünür uzaqdan,
Aynalı, şüşəli adam...

İtər, əriyər içində,
susar, kiriyər içində,
ölər çürüyər içində...
yenə də nəşəli adam.

Çatır ixtiyar yaşına,
çaşıb qalırsan işinə:
ağ tük çıxammır başına -
qat-qat, mərtəbəli adam.

Bu dünyası soyuq məzar,
“soyuq məzar”dan kim bezar?
Durub, bir də şeir yazar
məzardakı ölü adam?
Dəli adam... Dəli adam...


Tarix: 25.05.2015 / 13:54 Müəllif: Aziza Baxılıb: 163 Bölmə: Pərviz
loading...