Ağacların ayaqları
Sahil parklarında
ağacların üzü
dənizə baxar.
Üzü dənizə bitən
ağacların
gəmiyə minib
dənizi dolaşmaqdan ötrü
ürəyi axar.
Öndə göy dəniz,
dənizdə -
göyərmiş özgürlük.
dənizin üzünə
yaxmac kimi çəkilmiş
neftin altında
boğulub
gəbərmiş özgürlük.
Arxada...
yasaqlanmış,
unudulmuş bir ada -
“AZADLIQ” meydanı.
Hanı,
hanı, azadlıq
hanı?
Hürr başı
uçunar
bir - dənizə,
bir - dartınar
Meydana sarı...
Ama hanı?..
Ağacların
üstü betonlanmış,
asfaltlanmış,
zəncirlənmiş ayaqları!
Can atar,
ayaqlar can atar
yer altdan
Meydana sarı.
Tarix: 25.05.2015 / 13:54 Müəllif: Aziza Baxılıb: 110 Bölmə: Pərviz
loading...