Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mərmər şorbası

Ərzaqlar:

250-300 q qoyun əti
kəvər
3 kartof
2-3 kök
2 diş sarımsaq
kəklikotu
rozmarin (göyərti)
200-250 ml qaymaq (22-35%)



Hazırlanma qaydası:

Əti doğrayın. Yuyulub təmizlənmiş və iri doğranmış kök və kartofu qaynadın. Quşbaşı doğranmış əti zeytun yağıyla tavada qovurun. Kəvəri, sarımsağı doğrayıb qızarmaqda olan ətə əlavə edin, bir yarpaq rozmarin atın və 1 l su tökün. Duz, istiot vurun.
Bişmiş kartof və kökü blenderdən keçirin. Ət suda yarım saat bişdikdən sonra bu tərəvəz qarışığını ona əlavə edin. Rozmarini şorbadan çıxarın. Şorbanı qaynadıb altını söndürün. Bir neçə kəklikotu yarpağını şorbaya əlavə edib 15 dəqiqə soyumağa qoyun. Sonra kəklikotunu çıxarın. Şorbanı boşqablara çəkin. Üzərinə otaq temperaturunda olan qaymaq əlavə edin. Çəngəllə şorbanın üzünü qarışdırıb onu mərmərə bənzədin.

Nuş olsun!


Tarix: 18.12.2012 / 20:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 310 Bölmə: Pəhriz yeməkləri
loading...