Pəhriz yeməkləri → Prestij pəhriz salatı
Ərzaqlar:
2 kq qabaq
1,5 kq bolqar bibəri
2-2,5 kq pomidor
0,5 kq baş soğan
1 st. bitki yağı
2-2,5 x.q. duz
3-4 x.q. şəkər tozu
1 ç.q. sirkə esensiyası
1/2 ç.q. qara istiot
1 st. qaynanmış su
Hazırlanması:
Qabaqların dənəsini artlayıb qabığını soyun, iri kublar şəklində doğrayın. Tavaya azca su və bitki yağı tökün, qabaqları əlavə edərək 10 dəqiqə ərzində qaynadın.
Soğanı və bolqar bibərini uzun nazik doğrayıb ayrı-ayrılıqla yağda qızardın. Pomidorları fal-fal doğrayın. Bütün tərəvəzləri qarışdırın, duz, istiot, şəkər, sirkə qataraq qarışdırın. Onu litrlik bankalara yığıb 30-35 dəqiqə sterilizə edin. Bağlayın, sonra isə soyuyana qədər bir parçaya bükülü saxlayın.
Göstərilən miqdarda tərəvəzdən 6 banka Ardı »