![Səhər.....](https://haqqinda.az/beyazfiles/images/1433418412.jpg)
Səhər.....
![Səhər.....](https://haqqinda.az/beyazfiles/images/1433418412.jpg)
Yenə gecə paltarını geyindi əyninə göy üzü.
Yenə pəncərəmə gəldi ay gecələməyə.
Yenə yar bilib basdım bağrıma gecəni.
Sükutun ahənginə uygun
pıçıldadım qulağına:
“Yaman darıxmışam”.
Aglamasaydım,
Boğulardım.
Keçirib əllərini boğazıma bayaqdan qəhər
Göz yaşlarım yudu yenə
göy üzünün paltarını,apardı rəngini,
açıldı səhər.
Tarix: 04.06.2015 / 17:46 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Nuranə Nur
loading...