Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nuranə NurÇərpələng...

Çərpələng...

Gözlərim hələ də,
uşaqkən uçurtduğum çərpələngi axtarır göylərdə.
Bəlkə də hardasa,
hansısa buludun üstündə yaşayır hələ də...
Bəlkə, bulud da o vaxtdan ağlamır onun xətrinə.
Günlərdən bu gün deyildi onda,
tumurcuq hisslərim hələ açılmamışdı.
Bilmirdim,
hər mələyin qorumağa bəndəsi olduğunu.
Əllərimi də uçurmuşdum göylərə,
körpə əllərimi...
O gündən hər üfüqə dalanda
əllərim əl yelləyir mənə.
Siz heç,
birini vuraraq ona vuruldunuzmu?
Yoxsa siz də mənim kimi...
Ehh...
Vurmaq üçün mənə əllərim gərək olmadı. Ardı »

Nuranə NurYaraşmır...

Yaraşmır...

Bir bardaq susamaq
Bir pay acmaq imiş sevmək.
Bir qucaq yalan imiş,demək
Sevgili bildiyimiz.
Adambaşına bir ömür,
adambaşına bir sevgi,
adambaşına bir həsrət…
Həsrətin mənə bir ömür borcu var.
Sevdiyimizi sanıb,
bosuna qorxmuşuq ayrılıqlardan.
Qorxmaga dəyməzmiş.
Yaşadıgımızı sanıb,
ölümdən qorxduğumuz kimi.
Bu sevgiye heç əlvida da yaraşmır
boş evlərə yaraşmadığı kim Ardı »

Nuranə NurUnut.....

Unut.....

Əyri tutmusan əllərində həyatı
Keçmişinlə gələcəyin qarışıb bir-birinə.
Iç-içə keçirdiyin səbəblərdi bəlkə əlini əyən?
Unutma ki,
hər səbəb olacağa bir işarədir.
Heç bitməsin deyə başlamamaq isə,
Səbəb deyil,
bəlkə də çarədir.
Sən –öz içində,
bəzən yaralarının məlhəmi olan,
bəzən yarana duz basan
və bir nəfəsə söndürə bilmədiyin
sevgin qədərsən.
Bəzən sənə elə gəlirmi ki,
içindəki sadəcə qabığını dəyişən ilandır ?
Elədirsə,
o hiss sənin doğmandır,
o hiss sənin özündür.
Içində hava xoşdursa,
Unut hansı mövsümdür. Ardı »

Nuranə NurYoltanımaz

Yoltanımaz

Hər gün ürəyimdən keçən
Bircə dəfə bilmədi ki,
Hardan keçir.
Yeyib, bitirib içimi
Susayıb o,
Gözlərimin nurunu içir.
Addım səsləridir bu döyüntülər
Bir yoldu bir yolçu
yola nabələd.
Yəqin ki, yolunu azacaq əlbət,
Ürəyim onunçün geniş bir ölkə.
Bəs niyə qərarı tutmur bu yerdə
Başqa ürəklərə tələsir bəlkə?
Yaman nigaram, bilmirəm nədən
Keçirik yenə də, səndən xəbərsiz
Mən sizin küçədən,
Sən ürəyimdən. Ardı »

Nuranə NurQısqanmadığım tələbə qızlar

Qısqanmadığım tələbə qızlar

Gülüşünə nə oldu?
Məndən oğurlayan kimi,
Harda itirdin?
Nəyə satdın?
O qiymət qoya bilmədiyim təbəssümünü.
Bulud-bulud keçdi üzündən
Duman baxışların.
Düşdü gözlərindən
Günəş bildiyim ulduzlar.
Tutdu demək,
hələ boşalmamış yerimi
səni heç qısqanmadığım tələbə qızlar. Ardı »

Nuranə NurSəhər.....

Səhər.....

Yenə gecə paltarını geyindi əyninə göy üzü.
Yenə pəncərəmə gəldi ay gecələməyə.
Yenə yar bilib basdım bağrıma gecəni.
Sükutun ahənginə uygun
pıçıldadım qulağına:
“Yaman darıxmışam”.
Aglamasaydım,
Boğulardım.
Keçirib əllərini boğazıma bayaqdan qəhər
Göz yaşlarım yudu yenə
göy üzünün paltarını,apardı rəngini,
açıldı səhər. Ardı »

Nuranə NurƏlimi tutduğun gündən

Əlimi tutduğun gündən

Əlimi tutduğun gündən tez-tez yıxılıram.
Kirpiklərimlə gülürəm həyata.
Daha baharı gözləmirəm əvvəlki kimi
Bütün mövsümlərdə yaşamağı bacarıram.
Yaxınlaşmaq ən uzaq yolların sonudur bəzən.
İndi səni sevmək-
Öz kölgəsini tutmağa çalışan körpələr kimi
Gerçək bildiyim şeylərə toxuna bilməmək...
Qəlbin atəşində peşmanlıqlar bişirmək...
“Gedirəm,
bu dəfə səni özümlə götürməyəcəyəm,
yanına qayıdım,deyə”
düşünmək... Ardı »

Nuranə NurGünəşdən öncə..

Günəşdən öncə..

Kiçik həyəcanlarla başlayır
bütün böyük eşqlər.
Ilk baxışın alovu yandırarkən qəlbini
Ovuclarına doldurub içdiyin su kimi
dadlıdır həyat.

Xəyalların boya-başa çatıb
Xatirələrə çevriləndə başlayır bütün acıların.
Hər nəfəsinin axırına gedib qayıtmaq
Uzaq bir səfərə çıxmaqdı onsuz.
Onunla keçirdiyin ömrü
Bütün tanıdığın həzzlərdən çələng düzəldib
Qoymaq istəyirsən başına tac əvəzi.
Bəzən üsyan etsən də yalqızlığına
Onu da sevirsən,
məhs o tərk etdi deyə,
ona aid olduğu üçün təkcə.
Hər səhər gözünü açanda yenə
Onu görəcəksən Günəşdən öncə Ardı »