
Oyanmaz

Yönü bəri duran dağlar,
Yatıb oyanmaz, oyanmaz.
Üstündəki ağır ellər,
Yatıb oyanmaz, oyanmaz.
Gəldim yarın xanasına,
Laçın qonmaz binəsinə.
Əlim qoydum sinəsinə,
Yatıb oyanmaz, oyanmaz.
Qurbanam qələm-qaşına,
Gör nələr gəldi başıma.
Səs verrəm dostum guşuna,
Yatıb oyanmaz, oyanmaz.
Yarım yaman yatmış idi,
Müşk-ənbərə batmış idi.
Ürbəndini atmış idi,
Yatıb oyanmaz, oyanmaz.
İgidin dönməsin əhdi,
Yana çevirməsin təxti.
Məmmədhüseynin qara bəxti,
Yatıb oyanmaz, oyanmaz.
Tarix: 25.05.2015 / 13:13 Müəllif: Aziza Baxılıb: 132 Bölmə: Novruzov Məmmədhüseyn
loading...