Olmasa
Bəzirganlar yük bağlamaz, gər xiridar olmasa,
Naməşhur qalmaz dünyada, zatında zad olmasa.
Səng ilə xanə yapasan, bir biyaban səhrada,
Tapasan qəflət yuxusun əgər şahmar olmasa.
İki mələk müqərrərdi, baxıb əməlin yaza,
Onlar əməlinə baxıb, sənə verərlər cəza.
O gündə nə eyləsin Məhəmmədən Mustafa,
Məhşəri görmək çətindi, əldə tutar olmasa.
Məmmədhüseyn ölməklə bu dünya xalı olmaz,
Dərdin demə dərdbilməzə, dərdindən halı olmaz,
Bu vergi haqq vergisidi, kimsəyə çalı olmaz,
Cəhd eyləmək bica şeydi, bəxtində var olmasa.
Tarix: 25.05.2015 / 13:12 Müəllif: Aziza Baxılıb: 174 Bölmə: Novruzov Məmmədhüseyn
loading...