Dağdan daşa vurursan
Zalım fələk əl çəkmirsən izimdən
Yaş çəkilmir, sellər axır gözümdən
Nə yazıram da həsrət gəlir sözümdən
Yanan qəlbi paralayıb yarırsan.
Dağ çəkirsən dağdan-daşa vurursan.
Suçum nədir məndən qisas alırsan,
Mən yandıqca daha da od yaxırsan,
Ağlayınca sen bundan kam alıran.
Yanan qəlbi paralayıb yarırsan.
Dağ çəkirsən dağdan-daşa vurursan.
Məsum quşdum qanadımı qırırsan.
Səmada uçuram yerə salırsan.
Ayırırsan sevdiyimi n alırsan.
Yanan qəlbi paralayıb yarırsan.
Dağ çəkirsən dağdan-daşa vurursan
Tarix: 04.06.2015 / 17:43 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Nigar Duyğu
loading...