Ayrılıq......
Göynəyir ürəyim gözüm qan tökür
Ürəyimi üzür, üzür ayrılıq
Üstümə qara bir vahimə çökür
Acı qismətimi yazır ayrılıq.
Axı doyanmmadım o nəfəsindən.
Nəfəsi-nəfəsdən alır ayrılıq.
Fələk doymadınmı bu həvəsindən?
Eşq peymanını pozur ayrılıq.
Sənə söyləyirəm şikayətimi
Ağ günümü qara yazır ayrılıq,
Sevgiyə bürünnə saf niyyətimi,
Qüruba qürbətə salır ayrılıq.
Qoy ox batsın ayrılığın gözünə
Sevgi yazdım ayrılığın üzünə
Nə qədər sıxsa da durma qəsdimə
Leylinə də bu qədər üzmə ayrılıq.
Tarix: 04.06.2015 / 17:43 Müəllif: Aziza Baxılıb: 104 Bölmə: Nigar Duyğu
loading...