Atalar sozleri (Ş)
Şabalıtdan yağ çıxmaz.
Şabaşını vermişik.
Şadlığına şitlik eləyir.
Şair gördüyünü yazar.
Şair sözsüz olmaz.
Şayiə hər yanı gəzər.
Şalbanın bir ucu sənin çiynindədir.
Şam başından yanar.
Şam dibinə işıq salmaz.
Şam yanar, şölə çəkər...
Şam yanmasa, başına pərvanə dolanmaz.
Şam kimi əriyib.
Şamdan soruşdular: -İplik yanır, sən niyə əriyirsən?
Şam dedi: - Dad rəfiq əlindən! Rəfiqim yanır, mən də əriyirəm!
Şamaxıda danışır, Bakıda eşidilir.
Şahla plov yemirəm ki, bığım yağa batar.
Şahsənəm oğlan doğub!
Şahin ilə dəvə ovlamazlar.
Şeytana papış tikir, başına da deşik qoyur.
Tarix: 28.05.2013 / 15:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 262 Bölmə: Nesihetler, atalar sözleri
loading...