Çağrılan yerə ərinmə, çağrılmayan yerdə görünmə.
Çağrılmamış qonaq süpürülməmiş yerdə oturar.
Çağırram – eldən ayıb, çağırmanam – it itdi.
Çaqqal güləndə toyuq qaqqıldar.
Çaqqalın yuxusuna toyuq gələr.
Çamura daş atma, üzünə sıçrar.
Çanaxda balın olsun, Yəməndən arı gələr.
Çapqınçı ol, insafı əldən vermə.
Çarığını əsirgəməyən patavasın da qoyar üstünə.
Çarvadara yol göstərməzlər.
Çəkmə namərd minnətin, get qürbətdə dolan gəz.
Çəkişməsən bərkiməzsən.
Çıxan can geri dönməz.
Çıxmayan cana umud çoxdur.
Çirkin üzün gizlədər, göyçək budaqlar gəzər.
Çirkinim, gözlə, gedim gözəl axtarım,
tapmadım gözəlimsən ki, gözəlim.
Çirkinliyin Allahdan, üz yumamağın nədən?!
Çoban köpəyi kimi nə yeyir, nə yedirdər.
Çox aş ya qarın ağrıdar, ya baş.
Çox aşna tutan aşnasız qalar.
Çox bilən çox çəkər.
Çox bilib az danışmaq igidin ləngəridir.
Çox danışan çox yanılar.
Çox danışmaq Qurana yaraşmaz.
Çox doğru var, yalan ondan yaxşıdı.
Çox görən çox istər, az görənin yadına da düşməz.
Çox gülən çox da ağlar.
Çox hürən it tutmaz.
Tarix: 28.05.2013 / 15:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 289 Bölmə: Nesihetler, atalar sözleri