Ac acı dalayar, tox toxu yalayar.
Ac adam özünü oda vurar.
Ac adamı qurd yeməz.
Ac ayı oynamaz.
Ac əlinə düşəni yeyər, tox ağzına gələni deyər.
Ac it gəlmiş, tox itin dalın yalayar.
Ac toyuq yuxusunda darı görər.
Aca doqquz yorğan bürüyüblər, genə yuxulaya bilməyib.
Aca nə halal, nə haram?!
Acı dindirmə, toxu tərpətmə.
Acın andı and olmaz.
Acın gözü çörək təknəsində olar.
Acın imanı olmaz, toxun amanı.
Acın qarnı doyar, gözü doymaz.
Acın zəhləsi sudan gedər.
Acla əcəli gələn söyləşər.
Aclığında eldən yeyər, toxluğunda eldən deyər.
Aclıq adama oyun öyrədər.
Aclıq bir il gedər, minnət min il.
Aclıqda darı çörəyi halvadan şirin olur.
Aclıqdan quduranı saxlamaq olar, toxluqdan quduranı saxlamaq olmaz.
Acı danışan şirin söz eşitməz.
Acını dadmayan şirini bilməz.
Acıq gələr göz qaralar, acıq gedər üz qaralar.
Acıqla iş görən zərərin çəkər.
Acıqlı başda ağıl olmaz.
Acıqlı dilənçinin torbası boş qalar.
Acıqlı qalxan ziyanlı oturar.
Açaram sandığı, tökərəm pambığı.
Açılmamış süfrənin bir eybi var, açılmışın min.
Tarix: 28.05.2013 / 15:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 253 Bölmə: Nesihetler, atalar sözleri