Həyatı
Vahid Bağırov 23 yanvar 1941-ci ildə Naxçıvan Muxtar Respublikasının Əliabad kəndində anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirərək Naxçıvan Televiziyasında əmək fəaliyyətinə başlamışdır. 1966-ci ildə Naxçıvan MSSR Vilayət Komsomol Komitəsinin 1-ci katibi seçilmişdir. 1970-ci ildə "Şərq Qapısı" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır. Naxçıvan MSSR Ali Soveti Riyasət heyətinin 19 avgust 1975-ci il fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Naziri vəzifəsinə təyin olunmuşdur. Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin Plenumu 30 mart 1977-ci ildə Vahid Bağırovu Naxçıvan MSSR Vilayət Partiya Komitəsinin katibi vəzifəsinə seçmişdir. 3-cü çağırış Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin deputatı seçilmişdir.1980-ci ildə jurnalist fəaliyyətinə qayıtmış və "Sovet Naxçıvanı" və "Советская Нахичевань" ("Sovetskaya Naxiçevan") qəzetlərinin redaktor müavini vəzifəsində calışmışdır. Azərbaycan KP Naxçıvan Vilayət Komitəsi bürosunun qərarına əsasən 1989-cü ildən Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri təyin edilmişdir.
Tarix: 28.01.2015 / 18:31 Müəllif: Feriska Baxılıb: 60 Bölmə: Naxçıvan MSSR