Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Afiyəddin Cəlilov

Cəlilov Afiyəddin Cəlil oğlu (8 yanvar 1946 - 29 sentyabr 1994) — Azərbaycanın dövlət və siyasi xadimi. Bir sıra yüksək dövlət vəzifələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışmışdır.

Həyatı
1946-cı il yanvarın 8-də Naxçıvan şəhərində anadan olmuşdur. 1969-cu ildə Leninqrad Dağ-Mədən İnstitutunu və 1981-ci ildə Moskvada İKP MK yanında İctimai EA-nı bitirmişdir.

1969-1973-cü illərdə Naxçıvan duz mədənlərində mühəndis-mexanik işləmişdir. Sonralar 1973-1979-cu illərdə məsul komsomol, partiya və dövlət işində çaklşmlş, Naxçıvan Vilayət Komsomol Komitəsinin 1-ci katibi və Azərbaycan LKGİ MK katibi işləmişdir. Afiyəddin Cəlilov 1979-1981-ci illərdə AKP MK-nın təlimatçısı işləmişdir. 1981-1989-cu illərdə Bakı şəhəri Nəsimi rayon partiya komitəsinin 1-ci katibi işləmişdir.

1989-1992-ci illərdə Naxçıvan MR Nazirlər Sovetinin sədri, Partiya Komitəsinin 1-ci katibi, Naxçıvan MR Ali Məclisinin sədri, Azərbaycan Respublikası Prezidentinin müşaviri olmuşdur.

Naxçıvanda işlədiyi dövrdə Ermənistanın təcavüzü nəticəsində blokada şəraitində yaşayan Naxçıvan MR-in iqtisadi-sosial problemlərinin həlli, muxtar respublikada vətandaş həmrəyliyinin yaranması və sabitliyinin qoruyub saxlanması sahəsində önəmli fəaliyyət göstərmişdi.

Afiyəddin Cəlilov 1992-ci ildən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini olmuş, ölkənin dövlət müstəqilliyinin möhkəmləndirilməsində və onun daxili və xarici siyasətinin formalaşmasında fəal iştirak etmişdir.

1994-cü ildə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının vitse-prezidenti şeçilmişdi. Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetinin (bir neçə çağırış), Naxçıvan MR Ali Məclisinin deputatı olmuşdur.

2 Şərəf nişanı ordeni və medallarla təltif olunmuşdur.

Afiyəddin Cəlilov Ermənistanla 1994-cü ilin mayında imzalanan təslimçi Bişkek protokoluna etiraz edir. Bundan sonra Afiyəddin Cəlilov 1994-cü il sentyabrın 29-da müəmmalı şəkildə qətlə yetirilmişdir. Onun qətlinin günahı XTPD zabitləri Mahir Cavadov və Rövşən Cavadovun üstünə atılır.

Karyerası
İctimai-siyasi fəaliyyəti
Parlamentdə
1990-1995
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir[1].

Xatirəsi
Haqqında yazılan kitablar
"Gecə yarısı qətl" - İsa Nəcəfovun Ali Sovetin sədr müavini Afiyəddin Cəlilovun və Prezidentin yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimovun qətlinə və 1994, 1995-ci il dövlət çevrilişinə həsr olunub.


Tarix: 28.01.2015 / 18:30 Müəllif: Feriska Baxılıb: 91 Bölmə: Naxçıvan MSSR
loading...