Qarğıdalı nişastası: 1 qaşıq qarğıdalı nişastası ilə 1 qaşıq içməli suyu qarışdırıb məcun halına gətirin. Yatmazdan əvvəl uçuqlamış yerə sürtün. Yuxudan oyanarkən da astaca yaxalayın.
Buz: Uçuq ağrılara və dodaqlarda yanğıya səbəb ola bilər. Buz qəlibləri uçuğun üzərindəki şişmiş dərini yumşaldır, həm də yanğının keçməsini təmin edir.
Süd: Süd də uçuqlara olduqca yaxşı təsir edir. Pambığı soyuq südə batırıb uçuğun üzərində 2-3 dəqiqə saxlayın.
Aloe vera: 1 çay qaşığı aloe vera gelini uçuğun üstünə çəkin.
Ekinezya (kirpi otu): Ekinezya dəmləməsi immun sistemini gücləndirərək uçuq çıxmasına qarşı bədəni gücləndirir.
Diş fırçanızı dəyişdirin: Diş fırçası uçuq viruslarının yaranması üçün ideal şərait yaradır. Uçuq çıxdıqdan sonra təzə diş fırçası alın. Uçuq sağaldıqdan sonra təkrar fırçanızı dəyişdirməyə tənbəllik etməyin.
Nanə yağı: Uçuğu su ilə təmizləyin. Sonra pambığı əvvəl suya sonra da nanə yağına batırıb uçuğa sürtün. Gündə 2 dəfə tətbiq etmək kifayətdir.
Vanil: Vanil tozu uçuğa səbəb olan virusların çoxalmasını əngəlləyir. Pambıqlı çubuğun ucuna vanil sürtüb birbaşa uçuğa sürtün və 1-2 dəqiqə saxlayın. Gündə 4 dəfə tətbiq etmək lazımdır.
Tarix: 16.04.2015 / 13:13 Müəllif: Aziza Baxılıb: 93 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri