Yuxuda mandarin yemək o deməkdir ki, siz ətrafınızda olan insanlara çox inanırsınız, amma bilin ki, hər şey göründüyü kimi hamar deyil. Qadın üçün belə yuxu o deməkdir ki, həyat yoldaşı ona hər şeyi demir, bəzi şeyləri gizlin saxlayır. Yuxuda uşağa mandarin vermək o deməkdir ki, siz elə hərəkət edəcəksiniz ki, başqalarının sizə qarşı fikri dəyişəcək. Mandarini soyub, dilimləyib üstünə şirə tökmək xoşagəlməz hadisələrə işarədir, bunun səbəbini isə sizin xarakateriniz, hərəkətiniz və başqalarına qarşı münasibətinizdə axtarmaq lazımdır. Mandarin ağacı görmək işlərinizdə uğura işarədir. Sevgililər üçün belə yuxu ahəngdar münasibətlər və qarşılıqlı anlaşmaya işarədir. Qadın üçün belə yuxu hamiləliyə işarədir. Yuxuda çiçək açan mandarin ağacı görmüsünüzsə, belə yuxu hamilə qadın üçün sağlam körpənin doğuşuna işarədir. Gənc qız üçün öz qisməti ilə rastlaşmaq, kişiyə ailədə xoşbəxtliyə işarədir.
Tarix: 28.02.2014 / 23:27 Müəllif: Ebulfez Baxılıb: 175 Bölmə: M hərfi