2013- cü ilin iyun ayında Milanda dəblə maraqlanan hər kəsin diqqətini cəlb edən moda həftəsi keçirilib. Moda həftəsi çərçivəsində geyim kolleksiyaları ilə yanaşı, kişilər üçün 2014-cü ilin dəbi sayılan saç modelləri də nümayiş etdirilib. İndi sizə bu moda sərgisində nümayiş etdirilən müxtəlif kəsimli saç modellərini təqdim edirik. Buyurun,əziz kişilər, sizə uyğun olanı seçin. Bəyəndiyiniz modelin sizə yaraşıb-yaraşmayacağı ilə bağlı saç ustanızla məsləhətləşin. Əgər onun da münasibəti müsbətdirsə, niyə də risk edib bu dəyişikliyi sınamayasınız?
Ön uzun, arxa hissə qısa
Salvatore Ferragamoya aid olan bu saç modelinin 2014-cü ilin əsas trendlərindən olacağı özlənilir. Ön hissəsi uzun olan bu saç modeli yan və arxa hissələrinin qısalığı ilə seçilir.
Salvatore Ferragamo - Alternative View - MFW S/S 2014
Klassik model
Arxaya daranmış saçların gel ilə müxtəlif formalara salınması modeli daha “cool” göstərir, onu digərlərindən fərqləndirir.
Etro - Runway - MFW S/S 2014
Sadə uzun saçlar
Sadə görünüşlü bu modelin əsas üstünlüyü ondan ibarətdir ki, onu hər dəfə başqa formada yığıb ətrafdakıları təəccübləndirə bilərik.
Etro - Runway - MFW S/S 2014
Bandalar geri qayıtdı
Bəli, bandalar geri qayıdır, çünki qadınlar qədər olmasa da, saçda belə aksesuar istifadə etməyi kişilər də sevir. Bandanaların digər bir üstünlüyü isə saçınız səliqəsiz, çirkli olanda bu üsulla gizlədə bilməyinizdir.
FASHION-ITALY-MILAN-MEN-VIVIENNE WESTWOOD
Açıq sarı saçlar
Artıq yalnız qadınlar deyil, kişilər də saçlarını boyaya bilirlər. Burada qəribə heç nə yoxdur, əgər dəri rənginiz istədiyiniz saç rənginə uyğundursa, belə ani dəyişiklikləri sınamaq lazımdır.
Diesel Black Gold - Runway - MFW S/S 2014
Yandan ayrılan saçlar
Salvatore Ferragamo kolleksiyasında yandan ayrılmış saç modellərindən də istifadə edib. Bu saçı klassik modelindən fərqləndirən əsas cəhət onun bir tərəfinin digər tərəfə nisbətən qabarıq formaya salınmasıdır.
Tarix: 07.01.2015 / 13:00 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Kişi Tərzi