Əziz kişilər, qadınların baxımlı kişilərə daha çox diqqət yetirdiyini söyləməyimizə yəqin ki, ehtiyac yoxdur. Yaxşı olardı ki, siz də xanımınızın, ətrafdakıların, ən əsası isə özünüzün xoşunuza gəlmək üçün qadınlar qədər olmasa da, dəb yenilikləri ilə maraqlanasınız. İndi sizə bu il dəbdə olacaq kişi geyimləri, rəngləri barəsində məlumat verməyə çalışacağıq. Əgər siz də qadınınzın gözündə daha cəlbedici görünmək istəyirsinizə, geyim seçərkən aşağıdakılara qaydalara riayət etməyə çalışın.
Ən birinci onu qeyd edək ki, bu il qadın geyimlərində olduğu kimi kişi geyimlərində də boz, göy, qırmızı və mavi tonlar ön planda olacaq. Buna görə də yaxşı olar ki, geyim seçərkən bu rənglərə üstünlük verəsiniz.
İlin geyim kombinasiyalarına gəlicə isə onu deyə bilərik ki, bu il daha çox “səyyah”, “ovçu”, “cəngavər” geyim uyğunluqları dəbdə olacaq.
Eyni zamanda məxmər parçadan və hərbi parçalardan hazırlanan geyimlər, toxunma jaketlər, dəri pencəklər bu ilin geyimləri sırasındadır. Kişilərin geyimdə diqqət yetirməli olduğu məqamlardan biri də kürk geyimlərin düzgün paltarla uyğunlaşdırılmasıdır. Əziz kişilər, əgər artıq çəkidən əziyyət çəkirsinizsə, çalışın ki, geyiminizdə kürkdən istifadə etməyəsiniz. Çünki bu geyimlər sizi daha da kök göstərəcək. Əgər kürk geyimləri sevirsinizsə, yaxşı olar ki, geyiminizdə bu il dəbdə olan kürk yaxalıqlı pencəklərə, paltolara üstünlük verəsiniz. Bu detallara uyğun aksesuarlardan istifadə etmək isə geyiminizə əlavə incəlik qatacaq. Buna görə də yaxşı olar ki, kürk detalları olan paltar seçdiyiniz zaman yuxarıdakı məsləhəti gözdən qaçırmayasınız.
Tarix: 07.01.2015 / 13:00 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Kişi Tərzi