Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər, şərfi belə bağlayın

Yəqin ki, dəfələrlə şərfi boynunuzda gözəl göstərmək üçün əlinizdən gələni etmisiniz. Bəs bilirsiniz ki, bir şərfi müxtəlif formada bağlamaqla onu bütün geyim tərzlərinə uyğunlaşdıra bilərsiniz? Şərfi harada və necə bağlamaq lazım olduğunu bilmək sizin dəb qaydalarına nə dərəcədə bələd olmağınızdan xəbər verir.
Harasa gedən zaman qarşımızda müxtəlif seçimlər olur: qalın, yoxsa nazik şərf? Bu dəfəki məqaləmizdə sizə həm nazik, həm də qalın şarfı ən tez və səliqəli formada bağlamaq üsulu haqqında danışacağıq.
Öncə şərfi 2 qat edib boyuna doğru dolayırıq. Sonra qalan iki hissəni iç-içə keçirir və şərfin aşağı hissəsindən dartaraq onun görünüşünü tarazlayırıq. Bu zaman istəyinizdən aslı olaraq şərfı boynunuza həm çox sıx, həm də boş formada bağlaya bilərsiniz.


Tarix: 07.01.2015 / 12:54 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Kişi Tərzi
loading...